Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:15

Bu il 16 NATO hərbçisi öldürülüb


Bu il Əfqanıstanda NATO qüvvələrində xidmət edən ən azı 16 əsgər öz əfqan həmkarları tərəfindən öldürülüb.

Bazar ertəsi 2 britaniyalı və bir amerikalı hərbçi iki müxtəlif insidentdə güllələnib.

NATO rəsmisi deyib ki, britaniyalılar cənubi Helmand əyalətində əfqan əsgər tərəfindən öldürülüb, amerikalının isə əfqan polisi əməkdaşının vurduğu bildirilir.

NATO qoşunlarına əfqan hərbçilərinin hücumları fevral ayında ABŞ-da Qurani-Kərimin yandırılmasından və amerikalı əsgərlərin 17 sıravi əfqan vətəndaşını öldürməsindən sonra çoxalıb.
XS
SM
MD
LG