Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:32

Sürüşmə ilə əlaqədar bəzi rayonlarda monitorinqlərə başlanılıb


Martın 27-dən Şamaxı, İsmayıllı, Quba, Qusar, Şabran və Siyəzən rayonlarında sürüşmə sahələri ilə bağlı monitorinqlərin aparılmasına başlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyevin Trend-ə dediyinə görə, təkcə Şamaxıda 22 sürüşmə sahəsi var. Şamaxıdakı sürüşmə sahələrində aktivləşmələr müşahidə edilir.

«Bu gündən ətraflı monitorinqlərə başlayırıq. Hər bir sürüşmə sahəsinin aktivləşməsinin səbəbləri və parametrləri ayrılıqda öyrənilir. Bu sürüşmə sahələrinin hər birində müəyyən fəsadlar olub. Vaxtilə buralarda 2, 3, 5, 6, 8 fərdi yaşayış evinin zədələnməsi müşahidə edilib. Vaxtaşırı həmin sahələr haqqında müvafiq qurumlar qarşısında məsələ qaldırmışıq», - baş mühəndis əlavə edib.

O qeyd edib ki, şimal rayonlarında artıq qar örtüyü tədricən əridiyi üçün burada da monitorinqlərin aparılmasına başlanılıb.
XS
SM
MD
LG