Keçid linkləri

2026, 12 Mart, Cümə axşamı, Bakı vaxtı 00:34

Ahmedinejad ABŞ-ı problemlərin qaynağı adlandırıb

İran prezidenti Mahmud Ahmedinejad ABŞ-ın Əfqanıstandakı siyasətini regiondakı saysız problemlərin qaynağı adlandırıb.

Ahmedinejad bunu Düşənbədə keçirilən beynəlxalq konfransda bildirib. İran prezidentinin sözlərinə görə, ABŞ terrorçuluğa qarşı müharibədən regionda öz mövqeyinin bərqərar olunması üçün istifadə edir.

ABŞ nümayəndə heyəti buna etiraz olaraq iclas zalını tərk edib.

Düşənbədə Əfqanıstanla bağlı keçirilən Regional İqtisadi Əməkdaşlıq Konfransı artıq beşinci ildir keçirilir.
XS
SM
MD
LG