Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:59

İki NATO hərbçisi öldürülüb


Bu gün Əfqanıstanın cənubunda iki NATO hərbçisi silahlı hücum nəticəsində öldürülüb.

NATO komandanlığının məlumatına görə, əfqan ordusu formasında olan şəxs beynəlxalq koalisiya qüvvələri əsgərlərinə atəş açıb. İki hərbçi öldürülüb. Bundan sonra cavab atəşi ilə atəş açan şəxs öldürülüb.

Son vaxtlar Əfqanıstanda bu cür hücumların sayı artıb. ABŞ hərbçisinin martın 11-də 17 dinc əfqanı güllələməsindən sonra talibançılar koalisiya əsgərlərinə qarşı cavab tədbirləri görəcəklərini bildirmişdilər.
XS
SM
MD
LG