Keçid linkləri

2026, 10 May, bazar, Bakı vaxtı 15:43

Öldürülmüş dinc əfqanların hər biri üçün 50 min dollar ödənilib

Əfqanıstanın Qəndəhar əyalətində ABŞ əsgərinin öldürdüyü 17 dinc əfqanların ailələrinə hər biri üçün 50 min dollar ödənilib. Bu haqda Qəndəhar vilayət rəhbərliyi məlumat verib. Yaralananlarınsa hər birinə 11 min dollar ödənilib.

2009-cu ildə ABŞ öldürülən dinc əfqanların hər biri üçün 2500, yaralılar üçün isə 500 dollar ödəmişdi.

Martın 11-də ABŞ hərbçisi Robert Bales Qəndəhar əyalətindəki kəndlərin birinə girib 17 nəfəri güllələmişdi. Onlardan 9-u uşaq, 3-2 qadın idi.
This item is part of
XS
SM
MD
LG