Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:28

«London taksi»lərinin ikinci partiyası Azərbaycana gətirilir


Arxiv foto
Arxiv foto
«Taxi Baku» şirkətinin direktoru İlqar Qasımov «APA»a deyib ki, şirkətin tərəfdaşı olan Çinin «Manganese Bronze» şirkəti ölkəyə taksilərin 500 maşından ibarət yeni partiyasını göndərir.

İndiyədək paytaxta 500 belə maşın gətirilib.

«Manganese Bronze» və «Taxi Baku» şirkətləri arasında bağlanmış müqaviləyə görə, 500 maşınlıq ikinci hissənin isə 2011-ci ilin sonunadək gətirilməsi nəzərdə tutulurdu. Lakin müəyyən problemlərilə əlaqədar bu, mümkün olmamışdı. Artıq problemlər aradan qaldırılıb və Türkiyə limanlarından taksi avtomobillərinin gətirilməsinə başlanıb.

«Bu günədək ikinci partiya üzrə 120 maşın gətirilib, 60-ı gömrük rəsmiləşdirilməsində, qalanı isə yoldadır», - deyə icraçı direktor bildirib.

Bütün maşınların martın sonunadək gətirilməsi gözlənilir.
XS
SM
MD
LG