Keçid linkləri

2026, 21 Sentyabr, bazar ertəsi, Bakı vaxtı 11:42

Seneqaldakı prezident seçkisində müxalifət lideri qalib gəlib

Seneqal prezidenti Abdulai Vad bazar günü keçirilmiş prezident seçkisinin ikinci turunda məğlub olduğunu qəbul edib. 85 yaşlı Vad rəqibi, müxalifət lideri Maki Salı qələbə münasibəti ilə təbrik edib.

Bundan sonra dövlət televiziyası keçmiş prezidentin seçkidə məğlub olduğu xəbərini yayıb. Dakar küçələrinə çıxan müxalifətin minlərlə tərəfdarı qələbələrini qeyd ediblər.
This item is part of
XS
SM
MD
LG