Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:54

Qazaxıstanda etiraz aksiyaları keçirilib


Qazaxıstanın Alma-Atı şəhərində Janaozen hadisələrinin 100 günlüyülə əlaqədar mitinq keçirilib.

İnterfaksın məlumatına görə, aksiya iştirakçıları beynəlxalq təşkilatları bu yaxınlarda şəhərdə baş vermiş faciəylə bağlı istintaqda iştiraka və ona qiymət verməyə çağırıblar.

Həmçinin şənbə günü ölkənin digər şəhərlərində eyni tələblə aksiyalar keçirilib.

Dekabrın 16-17-də Janaozen şəhərində baş vermiş hərc-mərclikdə 15 adam ölüb, 100-dən çox adam isə yaralanıb.

Hazırda bu işlə bağlı 37 adama qarşı cinayət işi qaldırılıb.
XS
SM
MD
LG