Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:00

Roma papası XVI Benedikt Meksikaya gedib


Hava limanında onu prezident Felipe Calderon və həyat yoldaşı qarşılayıb.

Papa səfərdən əvvəl narkotik qaçaqçılığının bu ölkədə başlıca problem olduğunu deyib.

2006-cı ildən ölkədə bu zəmndə baş verən zorakılıqlar nəticəsində 47 mindən çox adam ölüb.

Papanın Meksika səfəri martın 26-dək davam edəcək.

Meksikalıların 88 faizi katolikdir.

Papa Meksikada ibadət mərasimi keçirdikdən sonra Kubaya yollanacaq.

Papa bu ərəfədə Kubanı Marksizm idealogiyasından əl çəkməyə çağırıb , artıq onun reallığa uyğun olmadığını deyib.
XS
SM
MD
LG