Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 22:50

Avropa Birliyi Suriyanın birinci ledisinə viza verməyəcək


Suriya prezidenti Bashar al-Assadın xanımı Asmanın Avropa Birliyinə gəlişi qadağan olunur və onun Avropadakı hesabları dondurulur.
Avropa Birliyinin xarici işlər nazirlərinin Suriya, İran və Belarusa qarşı yeni sanksiyalarında belə deyilir.

Avropa Birliyi nazirlərinin qərarına görə, Asma al-Assaddan başqa 10 Suriya rəsmisinin də hesabları dondurulur və onlar Avropa Birliyinə gələ bilməyəcəklər.

Yeni sanksiyalara səbəb Suriya rejiminin öz opponentləri ilə zorakı davranmasıdır.

Avropa Birliyinin Suriyaya qarşı indiyə kimi olan sanksiyaları 150 Suriya şirkətini və rəsmisini əhatə edirdi.

Avropa Birliyinin Xarici İşlər rəhbəri Catherine Ashton deyib:
“Mən Suriyada zorakılığın spiralvari qızışmasından həqətən də narahatam. Bizə indi birinci növbədə lazım olan Suriyada zorakılığı dayandırmaq üsulunu tapmaqdır”

Avropa Birliyi martın 23-də Belarus sanksiyalarında olan 230 rəsmiyə isə daha 12 adamı və 29 şirkəti əlavə edib.
Onların Avropa Birliyinə gəlişi qadağan olunur və hesabları dondurulur.

Avropa Birliyi İran sanksiyalarında olan 61 nəfərə də daha 17 nəfəri əlavə edib.
Onların da hesabları dondurulur və Avropa Birliyinə gəlməyə viza verilməyəcək.
XS
SM
MD
LG