Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

Almaniyanın yeni prezidenti and içib


Bu gün Berlində Almaniyanın yeni prezidenti Joachim Gauckun andiçməsi olub. Andiçmə mərasimi parlamentdə keçirilib. Joachim Gauck çıxışında bildirib ki, açıq cəmiyyət prinsipləri uğrunda mübarizə aparacaq.

Keçmiş Almaniya Demokratik Respublikasından olan 72 yaşlı Joachim Gauck keşiş və hüquq müdafiəçisi olub. Onun namizədliyini Bundestaqdakı 6 partiyadan 5-i irəli sürmüşdü.

Bundan əvvəlki prezident Christian Wolff korrupsiya qalmaqalına görə istefa verib.
XS
SM
MD
LG