Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:21

Cənubi Koreyada nüvə sammiti başlayıb


Martın 23-də Cənubi Koreyada nüvə sammiti işinə başlayıb. Seul sammitində əsas müzakirə mövzusu Şimali Koreyanın aprelin ortalarında Yerin süni peykini buraxmaq planıdır.

Sammitdə Cənubi Koreya, Çin, Rusiya, Yaponiya və ABŞ liderləri iştirak edir.

Şimali Koreya bir müddət əvvəl apreldə Yerin süni peykini buraxmağı planlaşdırdığını bəyan etmişdi. Bu isə BMT-nin Təhlükəsizlik Şurasının Pxenyana ballistik texnologiyalardan istifadə etməklə uzaq mənzilli raket buraxılmasını qadağan edən 1874-cü qətnaməsinin pozulması deməkdir.
XS
SM
MD
LG