Keçid linkləri

2026, 24 Oktyabr, şənbə, Bakı vaxtı 10:42

Moldovada yeni prezidentin andiçməsidir

Nicolae Timofti
Nicolae Timofti
Martın 23-də Moldovada yeni prezident Nikolay Timofti and içəcək.

63 yaşlı Timofti martın 16-da parlamentdə tələb olunan 61 səs qarşılığında 62 səs toplayaraq prezident seçilib. Prezident seçkisi ilə bağlı səsverməni yalnız kommunistlər boykot etmişdi.

2009-cu ildən bu yana Moldovada prezident olmayıb. Bu vaxta qədər ölkədə prezident seçmək üçün göstərilən dörd cəhddən heç biri alınmamışdı.

63 yaşlı Nikolay Timofti hüquqşünasdır. 2011-ci ilin martından Ali Magistratura Şurasının sədri vəzifəsində çalışıb.
​
XS
SM
MD
LG