Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:02

AŞ-nın həmməruzəçiləri gələn ay Azərbaycana gələcək


Arxiv foto
Arxiv foto
Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin (AŞ YRHK) Azərbaycan üzrə həmməruzəçiləri, Avstriyanın Zalsburq dövlət parlamentinin vitse-prezidenti və Avstriyanın AŞ YRHK-dəki nümayəndə heyətinin rəhbəri, xanım Gudrun Mosler-Törnstörm və Hollandiyanın Hoorn şəhərinin bələdiyyə sədri və Hollandiyanın Konqresdəki nümayəndə heyətinin rəhbəri Onno van Veldhuizen bu ilin aprel ayının 2-6 Konqresin Monitorinq qrupu adından Azərbaycanda səfərdə olacaqlar.

Səfərin məqsədi Azərbaycanda yerli və regional özünü idarəetmə hakimiyyətlərinin vəziyyətini qiymətləndirmək olacaq. Daha sonra 2012-ci ilin oktyabr ayında həmməruzəçilər Azərbaycana etdikləri səfərlə bağlı hesabat hazırlayıb Konqresin Bürosuna təqdim edəcəklər.

APA-nın məlumatına görə, bu barədə xanım Gudrun Mosler-Törnstörm bildirib.

Həmməruzəçi deyib ki, Azərbaycana səfərləri AŞ YRHK-nin bütün prinsiplərini özündə əks etdirən yerli idarəetmə Xartiyası əsasında həyata keçiriləcək. Nümayəndə heyəti Azərbaycanda hökumət rəsmləri, ölkənin siyasi partiyaları və QHT-lərlə görüşməyi planlaşdırır. Görüşlərin nəticəsi olaraq hesabat hazırlanacaq.

Həmməruzəçinin sözlərinə görə, səfər zamanı Azərbaycan üzrə 2003-cü ildə hazırladıqları son hesabatda əks olunmuş bəzi məsələlər də monitorinq ediləcək: «Bildiyim kimi, Azərbaycanda 2009-cu ildə bələdiyyələrlə bağlı yeni qanun qəbul olunub və təbii ki, bu tarixdən sonra bu sahədə hansısa dəyişikliklər olub. Biz bu dəyişikliklərdən sonra problemlərin həll olunması istiqamətindəki irəliləyişlərin olub-olmamasını, yaxud onların tam həll edilməsini bir daha yoxlayacaq və bu haqda növbəti hesabatımızda fikrimizi bildirəcəyik. Bundan başqa, Xartiyamız əsasında Azərbaycanın bundan sonra daha hansı sahələrdə irəliləyişlərin edə biləcəyini də hesabatımıza salacağıq. Bir şeyi də qeyd edim ki, biz bu işimizdə maksimum obyektiv olmaq istəyirik. Bizim işimiz ölkəni mühakimə etmək deyil, biz daha çox bir dost kimi bu məsələlərdə yardım etmək istərdik».

Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin həmməruzəçiləri ölkə üzrə son hesabatlarını 2003-cü ildə hazırlayıb. 2009-cu ilin 23 dekabrında Konqres Azərbaycandakı bələdiyyə seçkilərini müşahidə edib, 2010-cu ilin fevral ayında seçkilərin nəticəsinə dair hesabatını açıqlayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG