Keçid linkləri

2026, 26 İyul, bazar, Bakı vaxtı 10:39

Kofi Annan Moskvaya gedir

BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi elçisi Kofi Annan şənbə günü Moskvaya gedəcək.

Onun bazar günü Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü nəzərdə tutulub.

Bu barədə İnterfaks agentliyi xəbər verir.

Rusiya ilə Çin bu yaxınlarda BMT-nin təhlükəsizlik şurasında Suriya ilə bağlı qətnamə layihəsinə veto qoyublar.

Rusiya Suriyanın yaxın müttəfiqlərindən biri hesab olunur.
This item is part of
XS
SM
MD
LG