Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:46

Suriyada daha 26 adam öldürülüb


Cümə axşamı Suriyanın müxtəlif rayonlarında gedən toqquşmalarda azı 26 nəfər ölüb.

Onlardan 10-u Türkiyəyə keçmək istəyən qadın və uşaqlardır.

Yerli fəallar Sermin şəhərinin ətrafında qaçqınları aparan avtobusun atəşə tutulduğunu xəbər verirlər.

Bu şəhər Türkiyə ilə sərhəddəki İdlib əyalətində yerləşir.

Hökumət qoşunları bir neçə şəhərə, müxalifət birləşməli isə hərbi məntəqələrə hücum ediblər.

Latakiyə şəhərində 5, Sayda kəndində isə 3 əsgər öldürülüb.
XS
SM
MD
LG