Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:00

George Orwell-in «1984» romanı film ola bilər


Britaniya yazıçısı George Orwell, arxiv fotosu
Britaniya yazıçısı George Orwell, arxiv fotosu
Bu xəbəri «Heat Vision» yayıb.

George Orwell-in diktaturaya qarşı dünyaca məşhur «1984» («Nineteen Eighty-Four») romanı əsasında yeni film çəkilə bilər.

Filmi «Imagine Entertainment» və «LBI Entertainment»in çəkəcəyi xəbər verilir.

Xəbərdə vurğulanır ki, «Imagine Entertainment» film çəkmək razılığını almaq üçün Georg Orwell`in varislərinə üz tutanda, qəribə bir təsadüflə qarşılaşıb.

Sən demə, «LBI Entertainment» də oxşar layihə üzərində işləyirmiş.

Təsadüfdən təsirlənən kompaniyalar filmi birgə çəkməyə qərar verib.

Ancaq filmin ssenarisini kimin yazacağı, rejissorunun kim olacağı hələ açıqlanmayıb.

Xatırladaq ki, George Orwell`in (əsl adı Eric Arthur Blair) «1984» romanı İkinci Dünya Savaşının bitdiyi, soyuq savaşın başladığı zamanlarda - 1949-cu ildə yazılıb.

Londonun «Secker and Warburg» nəşriyyatı elə həmin il «1984» romanını nəşr edib.

Yazıçı əvvəlcə romanı «Avropada sonuncu insan» adlandırıb. Sonra çap vaxtı «1984» üzərində dayanıb.

Romanda hadisələr 1984-cü ildə - nüvə müharibəsindən sonra cərəyan edir.

Kitabda təsvir olunan ölkə acdır, orada sevmək qadağandır, hər yerdə ekranlar quraşdırılıb, hamı izlənir, hər kəs bir-birindən «danos» yazır.

Romanın qəhrəmanı Winston Smith yaşadığı totalitar rejimə qarşı müharibə açır.

Bu roman vaxtilə Sovet İttifaqında qadağan olunmuşdu.

2009-cu ildə ABŞ-ın «Newsweek» dərgisinin keçirdiyi sorğu «1984» romanını dünyanın 10 ən mühüm kitabı sırasına yazmışdı.

Roman artıq 2 dəfə ekranlaşdırılıb - 1956 və 1984-cü illərdə. Çəkilən filmlər də əsərin özü kimi səs-küy doğurub.

Roman indiyədək dünyanın 70-dən çox dilinə çevrilib.

«1984» Azərbaycan dilinə 2010-cu ildə Vilayət Quliyev tərəfindən tərcümə edilib.

Vilayət bəy Azərbaycan dilinə tərcüməsinə yazdığı Ön sözdə kitabı belə qiymətləndirib: «Totalitarizmi vahiməyə salan kitab».

«Azadlıq - iki dəfə ikinin dörd etdiyini demək imkanıdır». Bu məşhur deyim də həmin romandandır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG