Keçid linkləri

2025, 14 İyun, şənbə, Bakı vaxtı 18:07

Türkiyənin adı qara siyahıda


Turkey -- Hagia Sophia Museum (R) and Blue Mosque are seen during an Autumn sunset in Istanbul, 24Nov2008
Turkey -- Hagia Sophia Museum (R) and Blue Mosque are seen during an Autumn sunset in Istanbul, 24Nov2008

Dini hüquqları pozan 16 ölkə arasında Türkiyənin də adı çəkildi

ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyası dini haqları pozan ölkələr siyahısına Türkiyəni və Tacikistanı əlavə edib. Komissiyanın açıqladığı hesabatda Türkiyə “sistematik olaraq dini hüquqları məhdudlaşdıran” dövlət kimi qeyd olunub.

16 ölkənin adının salındığı hesabatda həmçinin Şimali Koreya, Misir, Özbəkistan, Türkmənistan, İran, Səudiyyə Ərəbistanı, Çin, Pakistan, Nigeriya, İraq, Sudan və digərləri də var.

Türkiyənin Amerikadakı səfiri Namik Tan isə hesabatı narazılıqla qarşılayıb:

“Ön yarğısız nəzər salınsa, bu hesabatda Türkiyənin yerinin haqsız olduğu anlaşılar”.

Hesabatda Türkiyə müsəlman olmayan din adamlarının yetişdirilməsi, onların təhsil alması və ibadət yerlərinə sahib olması kimi haqları məhdudlaşdırmaqda ittiham olunur.

Ötən il ABŞ xarici işlər naziri Hillary Clinton Türkiyə hökumətini “dini ortamı yaxşılaşdırmaq istiqamətində ciddi addımlar atdığı üçün” təşəkkür etmişdi.

Komissiyanın hesabatında qeyd olunur ki, bir sıra ölkələrə göz qoymaq lazımdır. Çünki bu ölkələrdə hökumətlər ya dini haqları pozur ya da pozanlara dözür. Bu ölkələr sırasına Rusiya, Belarus, Əfqanıstan Kuba, Hindistan, İndoneziya, Laos, Somali və Venesuala daxildir.

Hesabat 1 aprel 2011-29 fevral 2012-ci il aralığını əhatə edir.
XS
SM
MD
LG