Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:07

Malidə hərbçilər çevriliş edib


Arxiv foto
Arxiv foto
Malinin paytaxtı Bamakoda hərbçilər Prezident Sarayını ələ keçirib. Onlar bir neçə naziri həbs ediblər, prezidentin devrildiyini bildiriblər.

Bu haqda «France-Presse» agentliyi üsyançılara istinadən xəbər verir. Həbs olunanlar arasında xarici işlər naziri Sumeyl Bubeye Mayga da var. Bundan əvvəl prezident Amad Tumani Turenin nümayəndəsi prezidentin təhlükəsiz yerdə olduğunu bildirmişdi.

Hərbçilər hakimiyyətin Malinin şimalındakı tuareq tayfasının üsyanına göstərdiyi münasibətdən narazıdır. Hərbçilər bildirir ki, üsyanın yatırılması tədbirləri lazımi səviyyədə aparılmır, əsgərlər qida və hərbi sursatla lazımınca təchiz olunmur.

BMT Təhlükəsizlik Şurası Malidəki vəziyyətlə bağlı hər iki tərəfi sakitliyə və konstitusiya əməl etməyə çağırıb. Bir aydan sonra Malidə prezident seçkisi keçirilməlidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG