Keçid linkləri

2026, 24 Avqust, bazar ertəsi, Bakı vaxtı 12:00

Hərbçilər aclığa başlayıb

Bosniya Hersoqovinanın paytaxtı Sarayevoda 1992-95-ci illər müharibəsinin iştirakçıları olan yüzlərlə hərbçi aclıq aksiyasına başlayıb. Onlar hökumətdən onlara təqaüd verməsini tələb edirlər.

2010-cu ildə beş yüz mindən artıq serb, müsəlman və xorvat ordudakı islahatlarla bağlı ordudan kənarlaşdırılıb. Onlara təqaüd vəd olunsa da nə 2010, nə də 2011-ci ildə əqaüd verilməyib. Növbəti ilin büdcəsində də bu nəzərdə tutulmayıb.

Aksiya iştirakçıları bildirirlər ki, aclığı tələbləri yerinə yetirilənə qədər davam etdirəcəklər.
This item is part of
XS
SM
MD
LG