Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:56

BMT Suriya ilə bağlı bəyanat verib


BMT-nin təhlükəsizlik şurası Suriya münaqişəsinin həlliylə bağlı yeni sülh təklifini dəstəkləyən bəyanat qəbul edib.

Təklifi BMT və Ərəb Dövlətləri Liqasının Suriya ilə bağlı xüsusi elçisi, təşkilatın keçmiş baş katibi Kofi Annan hazırlayıb.

Bəyanatda bildirilir ki, əgər plan qəbul edilməsə Suriya hakimiyyətinə qarşı yeni sanksiyalar tətbiq oluna bilər.

Yeni sülh planı Suriya hakimiyyətilə müxalifəti qan tökülməsini dayandırmağa və hümanitar təşkilatların ölkəyı çıxışına şərait yaratmağa çağırır.

Bir ildir ki, Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 8 mindən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG