Keçid linkləri

Təcili xəbərlər
2021, 18 İyun, Cümə, Bakı vaxtı 05:02

Saakashvili azərbaycanlıları təbrik edib


Gürcüstan Prezidenti Mixel Saakashvili Gürcüstanda yaşayan azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib. Bu barədə məlumatı Trend informasiya agentliyi yayıb.

“Əziz vətəndaşlar, azərbaycanlılar, Novruz Gürcüstanda olan bütün bayramlar kimi mənə yaxın və əzizdir. Həmin gün mən sizinlə birlikdə sevinirəm və ölkəmizin gələcəyinə ümidlə baxıram. Novruz ailəvi bir bayramdır və mən sizin ailənin bir üzvü kimi bu sevinci sizinlə bölüşürəm”, - dövlət başçısının təbrik məktubunda deyilir.
XS
SM
MD
LG