Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:15

6 ay əvvəl Keniyada oğurlanmış britaniyalı qadın azad edilib


Somalidə 6 ay bundan əvvəl oğurlanmış britaniyalı girov azad edilib.

56 yaşlı Cudith Tebbatt ötən il sentyabrın 11-də Keniyanın şimalındakı kurortlardan birində oğurlanmışdı.

Əri David Tebbatt isə həmin vaxt onu müdafiə etmək istəyərkən öldürülüb.

Tebbattın qohumları yaraqlılara pul ödəməli olublar.

Somali hakimiyyəti bu məsələdə ölkənin bir hissəsin nəzarət edən al Shabab qrupunu ittiham edir.

Qrup isə bu məsələdə əli olmadığını deyir.
XS
SM
MD
LG