Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:31

Ən nüfuzlu teatr ödülünün qalibi açıqlandı


Heiner Goebbels
Heiner Goebbels
.
oxuzali.az

Dünyada teatr sahəsində ən nüfuzlu mükafat sayılan - Beynəlxalq İbsen Mükafatı alman bəstəkarı və orkestr bədii rəhbəri Heiner Goebbels-ə verildi.

Goebbels mükafata teatr sahəsindəki yeniliklərinə görə layiq görülüb.

Onun musiqi əsərlərində müxtəlif üslublar sintez edilir: klassik musiqi, jazz və rok elementləri birləşdirilir.

Səhnədə isə klassik tamaşa və opera arasındakı sərhədlər götürülür.

60 yaşlı bəstəkarın məşhur səhnə işlərinin çoxu tanınmış alman yazıçısı, Şərqi Almaniyadan olan Heiner Müller ilə əməkdaşlıq nəticəsində yaranıb.

O, Müller-in “Die Befreiung des Prometheus” (Prometeyin azad edilməsi, 1985), Wolokolamsker Chaussee (Volokolam şossesi, 1989) və başqa əsərlərinə müraciət edib.

Həmin əsərlərdə isə kəskin siyasi, ictimai problemlər qabardılır.

Goebbels həmçinin Pol Oster, Bertold Brext kimi yazıçıların mətnlərinə müraciət edir.

Dəyəri 2,5 milyon Norveç kronu (təxminən 440 min dollar) olan mükafat 19-cu əsrin məşhur Norveç dramaturqu Henrik Ibsenin xatirəsinə təsis edilib.

2007-ci ildə Norveç hökumətinin təsis etdiyi mükafat iki ildən bir verilir, qalibin adı İbsenin ad günündə - martın 20-də açıqlanır.

Heiner Goebbels-in Schwarz auf Weiss ("Ağ üstə qara") tamaşasından

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG