Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Dekabr, şənbə, Bakı vaxtı 07:06

Prezident bu il də kosaya qalib gəldi


İlham Əliyev
Prezident İlham Əliyev Baharın gəlişi münasibətilə paytaxtda düzənlənən Novruz şənliklərinə qatılıb.

Gəzinti zamanı o, pişvazına çıxan sakinlər qarşısında nitq söyləyib, Azərbaycanın inkişafından, müstəqilliyin əbədiliyindən, əmanətlərin qaytarılmasından, Qarabağdan danışıb. Sonra bayram tonqalını yandıran İlham Əliyev “İçəri şəhər”dən keçərək Dənizkənarı Milli Parka çıxıb. Onu qarşılayan Kosa və Keçəllə yumurta döyüşdürüb. Hər il keçirilən ənənəvi döyüşdə bu dəfə də prezident kosaya qalib gəlib. Sonra o, burada bişirilən plovun dadına baxıb, bayram şirniyyatları ilə çay içib. Milli Parkda incəsənət ustaları, meyxanaçılar, aşıqlar, kəndirbazlar, nağaraçılar öz bacarıqlarını nümayiş etdiriblər.
Gəzintidə prezidenti baş nazir, Milli Məclisin sədri, Prezident Administrasiyasının rəhbəri və digər rəsmi şəxslər müşayət edib.
XS
SM
MD
LG