Keçid linkləri

Təcili xəbərlər
2021, 30 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:04

Novruz bayramına görə nəqliyyatın hərəkəti məhduddur


Novruz bayramı ilə bağlı Bakıdakı bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin məlumatına görə Dənizkənarı Milli Park istiqamətində, Neftçilər prospekti, Qoşa Qala Qapısı və Qız qalası istiqamətində, Niyazi küçəsi və Şeyx Şamil, Azneft dairəsi, Yusif Səfərov və 28 May küçələri, Azadlıq və Zərifə Əliyeva, Üzeyir Havcıbəyov və Puşkin küçələrinin kəsişmələrindən avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub və istiqamət dəyişdirilib.

Azərbaycan polisi isə mart ayının 20-dən 27-dək gücləndirilmiş rejimdə çalışacaq. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bayram günlərində ictimai yerlərdə və küçələrdə xoşagəlməz hadisələrin qarşısını almaq və hüquq qaydasına nəzarəti gücləndirmək məqsədi ilə post patrul xidməti naryadlarının sayı artırılacaq.
XS
SM
MD
LG