Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:39

Olimpiadada Incil paylamaq yasaqdır


London Olimpiadasının təşkilatçıları yarışmadan dini təbliğat üçün istifadə olunmasını istəmir və olimpiada üçün dərc edilən xüsusi İncill də qadağaya məruz qalıb

London olimpiadasında dini məsələlər ciddi nəzarət altında olacaq. Yarışmanın təşkilat komitəsi bu nüfuzlu tədbirdən kimlərinsə öz naminə istifadə etməsinə, dini təbliğat aparmasına imkan verilməyəcəyini bəyan edib.

Beynəlxalq Bibliya Cəmiyyəti məxsusi olaraq London olimpiadası-2012-nin iştirakçıları üçün Bibliya dərc etdirib. Bu nüsxələrdə müqəddəs kitabda idmana aid yazılanlar ilk bölməyə toplanılıb. Kitabın üstündə isə olimpiya oyunlarının simvolu əks olunub.

Lakin olimpiadanın təşkilat komitəsi bu simvolun istifadəsinə icazə verməyib. Beynəlxalq Bibliya Cəmiyyətinin nümayəndəsi Rachel Rounds deyib ki, təşkilat komitəsi buna imkan verməyəcəyini açıq şəkildə bildirib:

“Bildirildi ki, olimpiya parkında dini mərkəz olacaq. Xətri istəyən hər bir kəs orada Quran da tapa biləcək, Bibliyanı da. Ona görə də olimpiada iştirakçıları üçün ayrıca kitabın nəşrinə ehtiyac yoxdur”.

Beynəlxalq Olimpiya Komitəsinin ictimaiyyətlə əlaqələndiricisi Sandrine Tonge isə bütün dinlərə eyni dərəcədə hörmətlə yanaşdıqlarını, ona görə də hansısa dinə üstünlük verilməyəciyini bəyan edib.

Çində keçirilən ötən dəfəki olimpiya oyunları zamanı qonaqların hamısına oxşar Bibliyalar hədiyyə edilmişdi. Çin hökuməti dini məsələlrə həssas yanaşsa da, bu cür kitabların paylanmasına etiraz etməmişdi.

Bu ilki Yay Olimpiya Oyunlarının açılışı iyulun 27-də London Olimpiya stadionunda baş tutacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG