Keçid linkləri

2026, 26 İyun, cümə, Bakı vaxtı 22:51

Suriya paytaxtında döyüş

Dəməşqdə hökumət qüvvələri ilə üsyançılar arasında döyüş olub.

Verilən məlumatlara görə, baş verən döyüş indiyədək müşahidə olunan toqquşmaların ən ağırıdır.

Döyüş paytaxtın əl-Məzze rayonunda gedib. Sakinlər bildirirlər ki, burda bir neçə təhlükəsizlik qurumu yerləşir.

Britaniyada yerləşən Suriya Hüquq Müdafiə Müşahidəsi bildirib ki, döyüşdə 18 hökumət hərbçisi yaralanıb.

Döyüşlərdən əvvəl, ötən həftənin sonu paytaxtda və ölkənin ikinci böyük şəhəri Aleppoda bomba partlayışı baş verib və 30-a yaxın adam ölüb.
This item is part of
XS
SM
MD
LG