Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:35

"Bu şəhərdə"nin ofisi qarət edildi


Bakının Yasamal rayonunda "Bu şəhərdə" yumoristik layihəsinin yaradıcı kollektivinin ofisi gecəylə qarət edilib.

Bu barədə Trend-ə "Bu şəhərdə"nin ssenaristi və prodüseri Müşviq Abbasov məlumat verib.

"Ofisimizin altını üstünə çeviriblər, kompüterləri və texnikanı oğurlayıblar. Hazırda dəyən ziyanın miqdarı hesablanır. Biz Yasamal Rayon Polis İdarəsinə müraciət etmişik. İdarə cinayət işi açıb və cinayətkarların axtarışı ilə məşğul olur", - Abbasov deyib.

"Bu şəhərdə"nin aktyorları Rafael İsgəndərov və Coşqun Rəhimovdur.
XS
SM
MD
LG