Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

Fransada üç məktəbli öldürülüb


Fransada yəhudi məktəbinin kənarında üç məktəbli öldürülüb.

Hadisə Tuluza şəhərində yerləşən məktəb ətrafında baş verib. Hücum zamanı iki uşaq və bir yeniyetmə həlak olub.

Hadisəni motosikletlə olan və hadisə yerini tərk edən şəxsin törətdiyindən şübhələnilir.

Bu hadisədən əvvəl üç fransız əsgəri motosikletdə olan bir adam tərəfindən güllələnib. Hər iki hadisə eyni regionda baş verib.

Hələ ki, hər iki hadisə arasında əlaqə olub-olmadığı aydın deyil.
XS
SM
MD
LG