Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

Medvedevin korrupsiya əleyhinə milli planı


Dmitry Medvedev
Dmitry Medvedev
Rusiyanın hazırkı prezidenti Medvedev gedərayaq korrupsiya əleyhinə Milli Plan imzalayıb. Bu «plan» məmurların gəlir-çıxarlarına nəzarəti gücləndirməyə xidmət edir.

Medvedevin sözlərinə görə, yoxlama məmurun xərclərinin onun gəlirini aşdığını üzə çıxartsa və həmin şəxs vəsaitin mənbəyini göstərə bilməsə qəti addım atılacaq. Həmin məmur işdən qovulmaqla yanaşı əmlakı da müsadirə edilə bilər.

Prezident dəqiqləşdirib ki, söhbət məmurların və onların ailə üzvlərinin «əmlakı, qiymətli kağızları, nəqliyyat vasitələri, sövdələşmələrindən» gedir.

BMT KONVENSİYASI UNUDULUR

Medvedev deyib ki, ölkə hüquqi sistemi günahsızlıq prezumpsiyasına söykənir. «Qanunsuz varlanma» bizim hüquqi sistemdə o zaman istifadə olunur ki, cinayət üzə çıxarılıb və şəxs cəzalandırılıb. Yerdə qalan hallarda «biz naməlum mənbə hesabına varlanmadan, yəni əmlakın şübhə doğurması haqda danışa bilərik».

Medvedev deyib ki, məmurlarla bağlı informasiyaları təkcə hüquq-mühafizə orqanları, siyasi partiyalar, İctimai Palata , KİV-lər verməməlidir. Eləcə də siyasi birliklər və istənilən şəxs də belə məlumatları təqdim edə bilərlər.

Bir məqam. Maraqlıdır ki, Milli Planda BMT-nin korrupsiya ilə mübarizəni nəzərdə tutan 20-ci Konvensiyasının («qanunsuz varlanma») ratifaksiyasından söhbət getmir.

HƏDİYYƏLƏRLƏ BAĞLI AKT HAZIRLANACAQ

Prezident hökumətə tapşırır ki, bu ilin oktyabrına kimi hədiyyələrlə bağlı normativ akt qəbul edilsin. Həmin aktda məmurlar vəzifə başında olarkən aldıqları hədiyyələr haqda məlumat verməlidirlər. O cümlədən hədiyyələrin qəbul edilməsi haqda məlumatın çatdırılması üçün də dəqiq vaxt qoyulması tələb olunur. Həmin hədiyyələr təhvil verilə, ya da qiymətləndirildikdən sonra dəyəri ödənə və ya qaytarıla bilər.

Hökumətə başqa bir tapşırıq da verilib – ictimai qurumlar və KİV-lər üçün qrantlar təsis edilsin.

Medvedev İqtisadi İnkişaf və Ədliyyə nazirliklərini də tapşırıqsız qoymayıb: lobbizm institutu yaradılsın.
XS
SM
MD
LG