Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:29

İraq alternativ neft marşurutlarını nəzərdən keçirir


İraq hökuməti İranın Hörmüz boğazını bağlayacağı halda neft ixracı marşurutunun müxtəlifliyilə bağlı plan qəbul edib.

Hökumətin yaydığı bəyanatda deyilir ki, bu planda Türkiyəyə gedən neft kəmərilə neft ixracının və neftin maşınlarla daşınmasının artırılması nəzərdə tutulur.

Bundan başqa hökumət Suriya və Livandan keçən Baniyas-Tripoli kəmərinin işə salınmasını təklif edir.

Bu kəmər 1990-cı ildən bağlıdır.

İran dəfələrlə bəyan edib ki, əgər ona qarşı beynəlxalq sanksiyalar tətbiq edilsə,Hörmüz boğazını bağlayacaq.

Dünyada dəniz yoluyla daşınan neftin 1/3-i bu boğazdan keçir.
XS
SM
MD
LG