Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

Mitinqə hazırlaşan gənclər polis idarəsinə çağrılıb


Sabah Bakıda mitinqə hazırlaşan gənclərin bir qrupu Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.

Bu barədə Gənclərin Hüquqlarını Müdafiə Komitəsi İdarə Heyətinin üzvü Samir Əsədli məlumat verir.

Görüşdə onların nəzərinə hüquq və vəzifələri çatdırılıb, bir sıra xahiş və tələblər irəli sürülüb.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti bu günlərdə gənclərin Səbayel rayonu, 20-ci yaşayış sahəsindəki sürücülük məktəbinin həyətində mitinq keçirmələrinə icazıə verib.

Mitinqin Bakı vaxtı ilə saat 15-00-da başlayacağı gözlənilir.

Gənclərin Hüquqlarını Müdafiə Komitəsinə Vətəndaş Həmrəyliyi, Xalq Cəbhəsi, Demokrat və Müsavat gənclər təşkilatları, o cümlədən “Nida” Vətəndaş Hərəkatı, “Dalğa”, “Azad”, “Müsbət Dəyişiklik” gənclər hərəkatları və İnsan Hüquqları Klubu daxildir.

Aksiyada “Qarabağ”, “Siyasi məhbuslara azadlıq”, “Rüşvətsiz təhsil” və “Rüşvətə yox” şüarları səslənəcək.
XS
SM
MD
LG