Keçid linkləri

2026, 05 Sentyabr, şənbə, Bakı vaxtı 15:40

Azərbaycan Ordusunun əsgərinin minaya düşdüyü bildirilir

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevin Ans-Pressə-ə verdiyi məlumata görə, hadisə cəbhənin Füzuli rayonu istiqamətində qeydə alınıb. Milli Ordunun əsgəri, 20 yaşlı Anar Hüseynqulu oğlu Məmmədov düşmənlə təmas xəttində minanın partlaması nəticəsində ağır yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.

A. Məmmədov Bakının Xətai Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
This item is part of
XS
SM
MD
LG