Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 11:54

Dəməşq ətrafında döyüşlər gedir


Dəməşq ətrafındakı Katana, Dumair və Tal məntəqələrində hökumət qoşunları və ordudan qaçmış hərbçilər arasında toqquşmalar olub. Bu haqda Suriya hüquq müdafiəçiləri məlumat yayıb.

Talda dünəndən başlayan atışma bu gün səhərə qədər davam edib.

Hökumət qoşunları ay yarım əvvəl bu ərazilərdə nəzarəti ələ keçirmişdi.

BMT-nin məlumatına görə, keçən ildən Suriyada 8 mindən artıq adam öldürülüb.
XS
SM
MD
LG