Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 17:36

16 yaşlı qızı onu zorlayan şəxsə ərə veriblər


Amina Filalinin intiharından sonra Mərakeşdə şəriət qaydalarına dəyişiklik tələb olunur

Mərakəş sakinləri ölkənin İslam qanunlarına dəyişiklik tələb edirlər. Bu tələbin səslənməsinə səbəb güclə evləndirilən 16 yaşlı qızın özünü öldürməsidir. Məhkəmə Amina Filali onu zorlayan adama ərə getməyə vadar edib.

Facebook sosial şəbəkədə, internetdə imzatoplama kampaniyasında Amina Filalinin intiharı böyük diqqət və dəhşət doğurub.

Mərakeşdə Şəriət qaydalarına görə, azyaşlı qızı qaçıran adam məhkəmədən yayınmaq üçün qurbanı ilə evlənə bilər. Təcrübədə bu maddədən həm də zorlanma hadisəsində istifadə edilir: qadının ailəsinin şərəfini qorumaq üçün qurban onu zorlayanla evlənməyə vadar edilir.

ÜÇ DƏFƏ ZORLANIB

Sosial şəbəkə fəalı Abadila Maaelaynine bildirib ki, 16 yaşlı Amina üç dəfə zorakılığa məruz qalıb: onu zorlayan, ənənə və Mərakeş qanunları tərəfindən...

Qanunlarda islahat tərəfdarları olanlar deyirlər ki, məhkəmə qurbanın və hər iki tərəfin ailəsinin razı olduğu təqdirdə nikahı məsləhət görə bilər. Onların fikrincə, nadir hallarda ailə nikahdan imtina edir, çünki narahat olurlar ki, qızlarının zorlandığı bilinsə, ona ər tapılmasın.

Qurbanın arası Lahcen Filali Mərakeşin internet qəzetinə müsahibəsində deyib ki, onlar zorlama barədə məlumat verəndə məhkəmə məmurları nikahı məsləhət görmüşdü:

"Prokuror qızıma evlənməyi məsləhət gördü, dedi ki, gedin, nikah müqaviləsi hazırlayın".

Mərakeş 2004-cü ildə qadınlarla bağlı qaydalara dəyişiklik edib, amma fəallar deyirlər ki, hələ də islahatlara ehtiyac var.

Mərakeşdə zorlanma hadisəsi zamanı qadın bunu sübut edə bilməzsə, o, əxlaqsız kimi məhkəməyə cəlb edilmək riskilə qarşılaşa bilər.

"BİZ HAMIMIZ AMINA FİLALİYİK"

İslahat tərəfdarları deyir ki, Mərakeş qanunvericiliyi ictimai mənəviyyatı qoruyur, fərdləri yox.

Aminanin atası Lahcen Filali müsahibəsində deyib ki, bir il əvvəl, qızının 15 yaşı olanda ona küçədə təcavüz edilib, amma o, bu barədə 2 ay əvvəl valideynlərinə danışıb.

Lahcen Filalinin sözlərinə görə, prokuror evlənmək təklifini irəli sürəndə qızını zorlayan adam bundan imtina edib. Yalnız o vaxt razılaşıb ki, məhkəmə ilə üzləşib. Zorlamaya görə 5-10 il arasında cəza nəzərdə tutulur, əgər zorlanan azyaşlıdırsa, bu cəza 10-20 il arası ola bilər.

Atası deyib ki, bundan sonra nikah bağlanıb, amma qızı evliliyinin 5-ci ayında anasına şikayət edib ki, əri onu mütəmadi döyür. Anası isə ona səbrli olmağı məsləhət görüb.

Facebook-da səhifə yaradılıb. "Biz hamımız Amina Filaliyik" yazılan səhifədə zorlayanın qurbanı ilə evləndirilməsi ənənəsinə son qoyulması tələbi ilə imza toplanır. Bu cağırışa artıq 1000-dən çox Facebook istifadəçisi imza atıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG