Keçid linkləri

2025, 24 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:01

Ali məktəblərə qəbul imtahanlarının tarixləri açıqlandı


Məleykə Abbaszadə
Məleykə Abbaszadə
Azərbaycanda 2012-2013-cü tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının tarixləri açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə martın 16-da keçirdiyi mətbuat konfransında bildirib ki, III qrup üzrə qəbul imtahanı iyulun 1-də, I qrup üzrə iyulun 8-də, IV qrup üzrə iyulun 14-də, II qrup üzrə isə iyulun 20-də keçiriləcək.

Ali məktəblərə sənəd qəbulu aprelin 10-dan mayın 16-dək aparılacaq.

Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili fənnindən ilk imtahan mayın 13-də,
ikinci imtahan isə iyunun 24-də keçiriləcək.
XS
SM
MD
LG