Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:13

SWIFT İrana qarşı olan sanksiyalara qoşuldu


ABŞ elektron pul hesablamaları üzrə SWIFT (Beynəlxalq Banklararası Maliyyə Telekommunikasiya Birliyi) sisteminin qərarını alqışlayıb.

Beynəlxalq banklararası ödəmə sistemi olan SWIFT İranın Avropa Birliyinin sanksiyaları ilə üzləşən maliyyə təşkilatlarına xidməti dayandırmaq qərarı verib.

SWIFT-in baş direktoru Lasaro Kampos deyib ki, İran banklarına xidmətin dayandırılması fövqəladə bir addımdır və maliyyə sanksiyalarının gücləndirilməsi beynəlxalq və çoxtərəfli addımların birbaşa təsiridir.

Qərar martın 17-dən qüvvəyə minəcək.

Qərb bildirir ki, İrana qarşı sanksiyalar bu ölkənin nüvə silahı istehsalı ilə bağlıdır. İran isə nüvə proqramının dinc məqsədlərə yönəldiyini bildirir.
XS
SM
MD
LG