Keçid linkləri

Təcili xəbərlər
2023, 07 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:14

Suriya Bashar Assad ailəsinin məktubları ələ keçirilib


Bashar Al-Assad həyat yoldaşı Asma ilə referendumda, 26 Fevral 2012
Bashar Al-Assad həyat yoldaşı Asma ilə referendumda, 26 Fevral 2012

Məktublardan görünür ki, ölkədə qırğın getdiyi vaxtda Assadın həyat yoldaşı Asma online alış-verişdə aldığı şeylərin gəlib-çatmamasından narahat imiş.

Suriyada müxalifətçilər Assad ailəsi üzvlərinin elektron məktublarını ələ keçiriblər. Məktublardan görünür ki, ölkədə hərbi əməliyyatların getdiyi vaxt Bashar Al-Assadın həyat yoldaşı Asma online alış-verişlə məşğul imiş.

HƏRBİ ƏMƏLİYYAT VAXTI 35 MİN AVROLUQ ŞOPPİNQ

Fevralın 6-da Suriya ordusu Xoms şəhərini bombaladığı bir gün Asma Assad ev üçün adlığı əşyaların vaxtında gətirilib çıxarılmayacağından narahat olduğunu yazır. Məktublardan onun “Amazon” vasitəsilə Parisdən aldığı gil vazalar, iki şamdan, kiçik stol və kandelyabr üçün 35 min avro ödədiyi bəlli olur.

“The Guardian”da dərc olunan məqaləyə görə, 2011-ci il iyunundan bu ilin fevralınadək göndərilən 3 min elektron məktub Ali inqilabi şura tərəfindən ələ keçirilib. Assadlara qarşı vuruşan əsgərlər alshahba.com domenindən prezident ailəsinin elektron poçtuna parol tapıblar.

Bu ərəfədə yazılan məktublardan birində prezident arvadı Asma öz rəfiqəsini dilə tutur ki, məşhur brendə məxsus ayaqqabı sərgisinə gəlsin. Bashar Asad isə Apple online mağazasında özünün İ-Phonuna xüsusi musiqi application almaq üçün ABŞ-dakı dostuna ağız açır.

BASHARI TWITTERDƏ DEBATA ÇAĞIRIBLAR

Amma məktublarda ölkədəki siyasi vəziyyət də müzakirə olunub. Məsələn, Qətər əmirinin qızı Asmaya yazıb ki, onlar geri çəkilsinlər və ölkəni tərk edib Dohaya gəlsinlər. Amma prezident canımı sonadək mübarizə aparacaqlarını yazıb.

Yazışmalardan belə bəlli olur ki, Bashar Al-Assad İran və Liviyadakı tanışlarından, Hizbullaha yaxın sahibkarlardan məsləhət alır. Onlar prezidenti dilə tutarlar ki Al-Qaida ilə bağlı ittihamları saxlasın. Amerika təhsilli iki gənc mütəxəssis isə Bashara məsləhət görürlər ki, o, Twitter və digər sosial forumlarda debatlara çıxsın.
XS
SM
MD
LG