Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:15

Karzai NATO qüvvələrinin kəndlərdən çıxmasını tələb edir


Əfqanıstan prezidenti Hamid Karzai Əfqanıstandakı NATO qüvvələrini kəndlərdən çıxmağa çağırıb.

Prezident aparatının yaydığı bəyanatda deyilir ki, Karzai Birləşmiş Ştatların müdafiə naziri
Leon Panetta ilə görüşdə ona deyib ki, NATO qüvvələri kəndləri tərk edib,öz bazalarına qayıtmalıdırlar.

Karzai həmçinin qeyd edib ki, Əfqanıstan hökuməti ölkəyə nəzarəti Vaşinqtonun planlaşdırdığı kimi 2014-cü ildə yox, 2013-cü ilədək öz üzərinə götürmək istəyir.

Ötən bazar ABŞ əsgəri Qəndəharda hərbi bazanı tərk edərək 16 dinc sakini qətlə yetirib, sonra isə yenidən bazaya qayıdaraq təslim olub.
XS
SM
MD
LG