Keçid linkləri

2026, 27 İyun, şənbə, Bakı vaxtı 00:26

Ötən gecə Suriyada azı 40 adam öldürülüb

Suriyanın hökumət qoşunları ölkənin şimalındakı İdlib əyalətinə hücumu davam etdirir.

Bir neçə rayonun atəşə tutulduğu xəbər verilir.

Əməliyyatda zirehli texnikalardan da istifadə edilir.

Müxalifət fəalları ötən gecə ölkədə azı 40 nəfərin öldürüldüyünü deyirlər.

Həmçinin cümə axşamı ölkənin cənubundakı Dera şəhərində prezident Bashar Assad rejiminə qarşı kütləvi nümayiş keçirilib.

Ötən il martın ortalarından bu yana Suriyada prezidentin istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 8 minə yaxın adamın öldürüldüyünü deyir.
This item is part of
XS
SM
MD
LG