Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:39

Almaniya Xarici İşlər naziri müxalifətçilərlə görüşür


Guido Westerwelle
Guido Westerwelle
Martın 15-də Almaniya xarici işlər naziri Guido Westerwelle müxalifət partiyalarının liderləri və QHT rəhbərləri ilə görüşür. Hava limanında keçirilən görüşdə Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və bir neçə QHT rəhbərinin iştirak etdiyi bildirilir.

Martın 14-də isə Almaniyanın Azərbaycanda Xarici Ticarət Palatasının təşkili ilə bağlı hökumətlərarası Saziş imzalanıb.

Sazişi Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Almaniya xarici işlər naziri Guido Westerwelle imzalayıb.

Həmin gün keçirilən mətbuat konfransında nazirlər bildirib ki, danışıqlarda ikitərəfli münasibətlərin inkişafı, Azərbaycanla Avropa Birliyi arasında siyasi, demokratiya, enerji, qeyri-neft sektoru və NATO ilə əlaqələri məsələlərə toxunulub.

«EUROVİSİON» AZƏRBAYCAN ÜÇÜN ŞANSDIR

«Turan» İnformasiya Agentliyinin yazdığına görə, danışıqlarda Dağlıq Qarabağ münaqişəsi də müzakirə olub. Bundan başqa danışıqlarda Suriya ətrafında vəziyyət və İranın nüvə proqramı ilə bağlı məsələlərə də toxunulub.

«Biz istəmirik ki, İran nüvə enerjisindən atom bombasının yaradılması üçün istifadə etsin», - deyə Westerwelle bildirib.

Qarabağ probleminə gəlincə, almaniyalı nazir deyib: “Biz hamıya faydalı olan sülhün tərəfdarıyıq. Kompromislər üçün bütün imkanlar axtarılmalıdır ki, münaqişədə nizamlanma əldə olunsun”.

Guido Westerwelle «Eurovision-2012» mahnı müsabiqəsinə də toxunub. Deyib ki, yarışma Azərbaycanı dünyaya azad və açıq ölkə kimi təqdim etmək üçün yaxşı şansdır.

«MARCUS LENİNG BİZƏ MÜƏLLİMLİK ETMƏSİN»

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə Almaniyanın insan hüquqları müvəkkili Marcus Leningin vicdan məhbuslarını azad etmək çağırışına münasibət bildirib. Nazir onun bəyanatını «xoşagəlməz» adlandırıb.

E. Məmmədyarovun fikrincə, Azərbaycanda demokratiyanın səviyyəsi qonşu ölkələrdən heç də geri deyil. O hesab edir ki, tənqid bu sahədə daxili inkişafa xeyir gətirmir, əksinə əks reaksiyalar yaradır. Turan İnformasiya Agentliyinin xəbərinə görə, «Marcus Lening bizə müəllimlik etməsin», - deyə nazir sərt reaksiya verib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG