Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:46

Çinli analar niyə mükəmməl sayılır


Çinli ailə
Çinli ailə
The Wall Street Journal qəzeti çinli valideynlərlə qərbli valideynlər arasındakı fərqlər barədə yazıb. Müəllif yazır ki, çinli valideynlər daha tələbkar və inadkardılar. Məqaləni AzadlıqRadiosu oxuculara təqdim edir:

Adamların çoxu maraqlanır ki, görəsən, çinli valideynlər bu qədər bacarıqlı uşaqları necə böyüdürlər? Çinli valideynlər nə edirlər ki, onların uşaqları riyaziyyat, musiqi, ya da başqa sahələrdə dühalara çevrilirlər? Fikirləşirlər ki, başqaları da belə edə bilərlərmi?

Məqalə müəllifi Amy Chua yazır ki, çinli valideynlər heç vaxt uşaqlarına qonaq getdiyi yerdə gecələməyə, məktəb tamaşasında oynamağa, televizora baxmağa, kompüter oyunları oynamağa, məktəb proqramından kənar fəaliyyətlərlə məşğul olmağa icazə vermirlər. Çinli analar uşaqlarına əla qiymətdən aşağı qiymət almağı, piano və skripkadan başqa alətdə ifa etməyi də qadağan edirlər.

Çinli ana deyəndə, bu geniş götürülür. Koreyalı, hindistanlı, yamaykalı, hətta qanalı valideynlər də bura aid ola bilər. Məqalədə deyilən qərbli analar anlayışı da geniş götürülür.

Özlərinin ciddi olduqlarını düşünən qərbli valideynlər belə çinlilərlə müqayisə oluna bilməzlər. Misal üçün, özlərinin uşaqlar üzərində ciddi nəzarət etdiklərini düşünən qərbli valideynlər deyir ki, uşaqlarını gündə yarım saat musiqi alətində məşğul olmağa vadar edirlər. Bu müddət ən uzağı bu bir saat ola bilər. Ancaq çinli ana üçün bir saat heç nədir. Onlar uşağın musiqi alətində ifa etmələri üçün ən azı 2-3 saat məşğul olurlar.

BİR ARAŞDIRMADA 50 AMERİKALI ANA VƏ ABŞ-da YAŞAYAN 48 ÇİNLİ ANA ARAŞDIRILIB

Qərbli anaların 70 faizi deyib ki, uşağın stressli şəraitdə əldə etdiyi elmi uğurlar uşaqlar üçün yaxşı deyil. Valideynlər uşaqlara oxumağın əyləncəli olduğunu öyrətməlidirlər. Çinli qadınların isə 0 faizi belə düşünür. Çinli analarsa deyirlər ki, uşaqlarının ən yaxşı şagird ola biləcəklərinə inanırlar. Onlar deyir ki, uşağın elmi nailiyyəti yaxşı valideyn olmaqdan asılıdır. Əgər uşaq məktəbdə fərqlənmirsə, demək problem valideyndədir. Deməli, valideyn öz işinin öhdəsindən gələ bilmir.

Arxiv foto
Arxiv foto
Başqa bir araşdırmada isə göstərilir ki, çinli valideynlər öz uşaqlarının üstündə qərbli valideynlərdən təxminən 10 dəfə çox işləyirlər. Çinli valideynlər belə düşünürlər ki, əgər işinin ustası deyilsənsə, o iş əyləncəli ola bilməz. İşin ustası olmaq üçün də çoxlu işləmək lazımdır.

Uşaqlar özləri heç vaxt çox işləməyi istəməzlər. Burda da valideynin rolu əsasdır və onlar uşaqlarına nəzarət etməlidirlər. Bu zaman valideynlərdən böyük inadkarlıq tələb olunur. Çünki uşaqlar çox vaxt müqavimət göstərir. Çinlilər deyir ki, hər şey başlanğıcda çətin olur. Ancaq qərbli valideynlər tez geri çəkilirlər.

QƏRBLİ ANALARLA ÇİNLİ ANALAR ARASINDA FƏRQ

Qərbli valideynlər fikirləşirlər ki, uşaq hansısa fəndən yaxşı qiymət almasa, onu tənbeh etsəm, uşaq özünü çox narahat hiss edər. Onlar uşaqları tənbeh edəndə həmişə söhbətin üstünə dolayı yollarla gəlirlər. Bir sözlə qərbli valideynlər uşaqların psixologiyasının qayğısına qalırlar. Çinli valideynlər isə yox. Məsələn, uşaq A- (5) qiymət alsa, qərbli valideyn uşağı tərifləyəcək. Ancaq çinli ana dəhşətə gələcək. Soruşacaq ki, nə oldu ki, sən bu qiyməti aldın.

Əgər uşaq B (4) alsa, bəzi qərbli valideynlər yenə uşağı tərifləyəcəklər. Bəziləri isə uşaqla sakit söhbətə başlayacaqlar. Ən uzağı narahatlıqlarını gedib məktəb direktoru ilə bölüşəcəklər. Ancaq çinli valideynini uşağı B (4) alsa, evdə hay-küy, qışqırıq başlayacaq. Buna görə də çinli valideynin uşağı heç vaxt B almaz. Alsa, valideyni onlarla tapşırığı uşağın qarşısına tökəcək, A alana qədər onunla işləyəcək. Çinli valideynlər ona görə bunu tələb edirlər ki, uşaqları bunu bacararlar.

İkinci fərq odur ki, çinli valideynlər, uşaqların onlara borclu olduqlarını düşünürlər. Qərbli valideynlər isə heç vaxt belə düşünmürlər.

Üçüncü fərq ondadır ki, çinli valideynlər düşünürlər ki, onlar uşaqları üçün ən yaxşısının nə olduğunu özləri yaxşı bilirlər. Onlar deyirlər ki, uşağı qorumağın ən yaxşı yolu onları gələcəyə hazırlamaqdır.

Sayta hazırladı: Kəbiran Dilavərli
XS
SM
MD
LG