Keçid linkləri

2024, 18 İyun, çərşənbə axşamı, Bakı vaxtı 14:19

İsveçrədəki qəzada 28 nəfər ölüb


İsveçrədə ağır avtomobil qəzası olub. Qəza nəticəsində 28 adam ölüb, onlardan 22-i uşaqlardır. Daha 24 uşaq isə yaralanıb. Ümumilikdə avtobusda 52 nəfər olub.

Yaralılar Bern və Lozanna xəstəxanalarına yerləşdirilib.

Qəzaya düşən avtobus belçikalı məktəbliləri dağ səyahətindən gətirirmiş. Həlak olmuş və yaralanmış məktəblilərin valideynləri İsveçrəyə axışır.
XS
SM
MD
LG