Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

Sabir Rüstəmxanlı və nəqliyyat naziri Ziya Məmmədov qohum olur


Şair Sabir Rüstəmxanlı və Tənzilə Rüstəmxanlının oğlu Cəmil Rüstəmxanlı nəqliyyat naziri Ziya Məmmədovun qardaşı qızı ilə nişanlanıb.

Nişan mərasimi Z.Məmmədovun qardaşı İldırım Məmmədovun yaşadığı Ucar rayonunda baş tutub.

Rüstəmxanlıların gələcək gəlini Azərbaycan Tibb Universitetinin tələbəsidir. Xəbəri publika.az saytı yayıb.

Xəbərin mediada yayılması müxtəlif yozumalara yol açdığı üçün T.Rüstəmxanlı "Qafqazinfo"ya deyib:

“Bizim ailəmiz heç zaman gəlinimizin kimin qohumu olmasının marağında olmayıb. İki gəncin sevgisinə hörmətlə yanaşıb, onları nişanlamışıq.

Oğlum qızla tanış olandan 7-8 ay sonra nazirin qardaşı qızı olduğunu bilmişəm. Bircə onu bilirəm ki, ailə tərbiyəsi, əxlaqı olan, əsl Azərbaycan kişisinin qızını oğluma almışam”.
XS
SM
MD
LG