Rusiyada, Kazan şəhərində 3 polis işçisi işgəncə faktıyla bağlı sistemdən çıxarılıb. Bununla da Kazandakı Dalny şöbəsindən çıxarılanların sayı 8 nəfərə çatıb.
Ötən həftə polis 52 yaşlı Sergei Nazarovu xuliqanlıq ittihamıyla tutub və idarəyə gətirib. Sonra isə onu xəstəxanaya çatdırıblar və burada Nizarov ölüb. Ancaq ölməzdən qabaq Nizarov həkimlərə bildirib ki, polislər onu dəfələrlə vəhşicəsinə döyüblər və şampan şüşəsi ilə zorlayıblar.
Olayla bağlı hüquq müdafiəçiləri Tatarıstan Daxili İşlər nazirinin istefasını tələb edir.