Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:06

Vidadi İsgəndərlinin kassasiya şikayətinə baxılıb


Martın 13-də Ali Məhkəmədə deputatlığa keçmiş namizəd Vidadi İsgəndərlinin kassasiya şikayəti ilə bağlı məhkəmə prosesi keçirilib. Şikayət Şəki Apellyasiya Məhkəməsinin qərarından verilib.

Vəkil Yalçın İmanovun verdiyi məlumata görə, müdafiə tərəfi prosesdə Vidadi İsgəndərlinin məhkəmədə iştirakının təmin olunması barədə vəsatət qaldırıb. Vəsatət təmin olunub.

Növbəti məhkəmə prosesi aprelin 10-a təyin olunub.

V. İsgəndərli Göyçay rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib. Həmin hökmdən isə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilib. Lakin apellyasiya şikayəti təmin olunmayıb.

V. İsgəndərli Cinayət Məcəlləsinin 159.4.1 (Seçki hüquqlarının həyata keçirilməsinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mane olma) və 160.2.1-ci (Seçki komissiyalarının işinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə ittiham olunur. Müdafiə tərəfi ittihamları qurama adlandırır, həbsin siyasi sifarişli olduğunu bildirir.
XS
SM
MD
LG