Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

Baş nazir Allahdan yağış istədi


Cəmiyyətdə şərəfsizlik yayildığına görə yağıntı olmur

Mərakeşdə İslam işləri üzrə nazirlik yerli imamlara tövsiyə ilə çıxış edib. Dindarlardan xahiş edilib ki, onlar cümə namazından sonra şəriətdə nəzərdə tutulan ayinlərdən birini yerinə yetirsinlər – yağış yağması üçün dua oxusunlar.

Hazırda Mərakeş ərazisinin böyük bir hissəsi quraqlıqdan əziyyət çəkir. Bu ilin əvvəlindən etibarən bu ərəb ölkəsində yağış yağmayıb. Mərakeş dünya üzrə taxıl idxalçılarından biridir. Kənd Təsərrüfatı Nazirliyinin açıqladığı rəqəmlərə görə, 1,4 milyon insan 5,3 milyon hektar torpağı əkib-becərir. Əhalinin əksəriyyətinin kənd təsərrüfatı ilə dolandığı bir ölkə üçün yağış məsələsi böyük əhəmiyyət kəsb edir.

Ölkənin dini liderlərinin fikrincə, uzun müddət yağıntının olmaması “cəmiyyətdə yayılmış əxlaqsızlıq və şərəfsizliyin” nəticəsidir. İslam hüquq məktəbinin üləması Muhammad Tavil bildirir ki, bu, Tanrının göndərdiyi cəzadır.

“İslamda yol verilənlərdə kənara çıxmaq, qadağan olunanların içinə girmək təbii ki, Tanrı tərəfindən cəzalandırılır. Bu, müxtəlif bədbəxtliklər gətirir, onlar lənətlənir, bərəkət də bu insanlardan qaçır”.

Artıq Rabat da daxil olmaqla ölkənin bir çox iri şəhərlərində yağış göndərilməsi üçün mərasimlər keçirilib. Hətta bu mərasimlərdən birində baş nazir, Ədalət və İnkişaf Partiyasının lideri Abdelilah Benkiran da iştirak edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG