Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

Amerikalı əsgər haqqında ölüm cəzası çıxarıla bilər


Əfqanıstanda 9-u uşaq olmaqla 16 dinc sakini öldürmüş amerikalı əsgər haqqında ölüm cəzası çıxarıla bilər. Bunu ABŞ-ın müdafiə naziri Leon Panetta bildirib.

Panetta bildirib ki, adı çəkilməyən əsgər bazar günü səhər tezdən Qəndəhardakı kəndə gələrək 16 nəfəri güllələyib. Bundan sonra hərbi bazaya qayıdıb.

ABŞ-ın müdafiə naziri bildirib ki, baş verənlər ABŞ-ın Əfqanıstandakı strategiyasını dəyişməyəcək. Ondan əvvəl isə belə bir bəyanatla ABŞ prezidenti çıxış etmişdi.

ABŞ baş verən hadisəyə görə Əfqanıstandan rəsmi üzr istəyib.
XS
SM
MD
LG