Keçid linkləri

2026, 10 Mart, çərşənbə axşamı, Bakı vaxtı 21:57

İsrail və Qəzza bir-birinə hava zərbələri endirir

Üç gündür ki, Qəzzadan İsrailin cənub rayonları, İsraildən isə Qəzzaya hava zərbələri endirilir.

İsraili cənubundakı yaşayış evləri, uşaq bağçaları da hava zərbələrinə məruz qalıb, yaralılar var. Məktəblər və uşaq bağçaları bağlanıb.

Fələstin informasiya agentliklərinin məlumatına görə, Qəzzaya endirilən hava zərbələri nəticəsində 5 nəfər ölüb, 35 nəfər yaralanıb.

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, ordu Qəzzadakı terrorçulara qarşı mübarizə aparır.
XS
SM
MD
LG